Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər koronavirusa qarşı təsirli dərman tapıblar

Alimlər koronavirusa qarşı təsirli dərman tapıblar

Tarix: 28 Avqust 2021 21:51

Laktoferrin zülalı COVID-19 əleyhinə effektiv dərman ola bilər.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bunu Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər. Bu barədə "Proceedings of the National Academy of Science" jurnalında məqalə dərc olunub.

Tədqiqatçılar SARS-CoV-2 ilə yoluxmadan əvvəl və sonra 1 400-dən çox dərman və fərdi vasitələrlə müalicə olunan insan hüceyrələrindən istifadə edərək ortaya çıxan nəticələri təhlil ediblər. Beləliklə, COVID-19 əleyhinə 17 potensial namizəd tapmağı bacarıblar. Mütəxəssislər SARS-CoV-2 infeksiyasını insanın ağciyər hüceyrələri də daxil olmaqla, müxtəlif növ hüceyrələrdə sınaqdan keçiriblər. Onlardan 9-da virus əleyhinə aktivlik müşahidə olunub. Bunlar içərisində ən təsirlisi isə süddən əldə edilən laktoferrin zülalı olub.

Laktoferrin - bədənin immun sisteminin komponentlərindən biri olmaqla, immun hüceyrələrinin funksiyalarını tənzimləyir. Əvvəllər laboratoriya şəraitində də olsa, laktoferrinin sitomegalovirusa, HİV-ə və digər patogenlərə qarşı təsirli olduğu sübuta yetirilib.

Tədqiqatçıların qənaətinə görə, yeni dərmanların hazırlanması uzun illər çəkə bilər, buna görə də mövcud dərmanlar arasında təsirlisini tapmaq gəlirli strategiyadır. Gələcəkdə laktoferrinin SARS-CoV-2 xəstələrinin müalicəsində istifadə olunacağı planlaşdırılsa da, onun məhz delta ştamına qarşı təsirli olub-olmayacağı sual altındadır.


Etiketlər:  Alimlər koronavirusa qarşı təsirli dərman tapıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ