Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallıda əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallıda əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Tarix: 28 Avqust 2021 22:20

Masallı sakini əri tərəfindən bıçaqlanıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Masallıda əri yaşlı qadına dək bıçaq zərbəsi vurdu


RƏYLƏR