Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan bu fürsəti qaçırmayacaq - Livanlı ekspert

Ərdoğan bu fürsəti qaçırmayacaq - Livanlı ekspert

Tarix: 30 Avqust 2021 11:08

Taliban hərəkatının Kabildə hakimiyyətə qayıtması Yaxın Şərq və Orta Asiya boyunca radikal qüvvələrin fəallaşmasına səbəb ola bilər.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu fikri livanlı mütəxəssis, Beyrut Universitetinin professoru Camal Vakim deyib.

"Amerikanın Quantanamo həbsxanasından sərbəst buraxılan və Taliban hərəkatının liderliyinə qoşulan məhbuslar bu hərəkatın əldə etdiyi uğurlarda həlledici rol oynadı. Onlardan biri olan Əbdül Qayyum Zakirin müvəqqəti idarədə müdafiə naziri vəzifəsini icra etməsi təsadüfi deyil", - o bildirib.

Vakimin sözlərinə görə, Talibanın qələbəsi Suriya üçün pis xəbərdir, çünki İdlib əyalətinin şimal-qərbində yerləşən ekstremist silahlı qrupların hərbi fəaliyyətini təşviq edə bilər:

"Talibanın hakimiyyətə gəlişi təkcə ABŞ-ın deyil, Türkiyə və Pakistanın da maraqlandığı Suriyanın müttəfiqi olan İranın regional mövqelərini zəiflədəcək bir faktora çevrilə bilər. Türkiyə lideri Ərdoğanın Ankaranın Orta Asiyadakı təsirini gücləndirmək üçün vəziyyətdən istifadə etməyə çalışacağı açıqdır".


Etiketlər:  Ərdoğan fürsəti qaçırmayacaq Livanlı ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ