Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 17:32
Lüksemburq - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.
Baş hakim İrfan Peljto olacaq. DÇ-2022-nin seçmə mərhələsinin oyununda ona Senad İbrisimbeqoviçlə Davor Belyo kömək edəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.
VAR hakimləri isə Almaniyadan olacaq. Marko Frits referi, Markus Sinn köməkçi funksiyasını icra edəcək.
Qeyd edək ki, sentyabrın 1-də "Stad de Lüksemburq"da keçiriləcək matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.