Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 13:04
13:01
Gəncə şəhərində bu gün səhər saatlarında küçəyə atılmış körpənin vəziyyəti normaldır.
Bu barədə Sonxeber.net-a Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev məlumat verib. O bildirib ki, uşaq xəstəxanada müayinə olunub və vəziyyəti yaxşıdır, hər hansı problemi yoxdur. Baş həkim həmçinin bildirib ki, müayinə əsasında çəkisinə görə körpənin 5 aylıq olduğu ehtimal olunur.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə açıqlamasında bildirib ki, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə ŞBPİ-də müvafiq araşdırmalar başlanıb.
------------
09:39
Gəncədə küçədə çantanın içində 3-4 aylıq qız uşağı tapılıb.
Sonxeber.net bildirir ki, hadisə şəhərin 18 nömrəli məktəbinin yanında qeydə alınıb. Uşaq 2 saylı uşaq xəstəxanasına verilib.
Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.