Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klublarımız transferlərə nə qədər pul xərcləyib? - HESABAT

Klublarımız transferlərə nə qədər pul xərcləyib? - HESABAT

Tarix: 31 Avqust 2021 10:38

Azərbaycanın futbol klublarının 2020-ci ildə transferlərə xərclədikləri məbləğ açıqlanıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın yaydığı hesabatda bildirilib.

Klublarımız il ərzində futbolçular üçün 1 milyon ABŞ dolları ödəyib. Onların gəlirləri 500 000 dollardan bir qədər çox olub.

Azərbaycanın futbol klublarının 2020-ci ildə heyətlərinə qatdığı futbolçuların sayı da açıqlanıb. Belə ki, komandalar başa çatan ildə 61 oyunçu transfer edib və 51-i ilə yollarını ayırıb. Əməliyyatlarda 10 ölkənin təmsilçiləri iştirak edib.

Bütövlükdə Azərbaycan klubları son 10 ildə (2011-2020) 840 futbolçu transferi həyata keçirib. Ölkə xaricinə transfer olunan oyunçuların sayı 582 nəfərdir.

Son 10 ildə transferlərə 13.7 milyon ABŞ dolları xərcləyən yerli klublar cəmi 2.9 milyon ABŞ dolları gəlir əldə ediblər.  Nəticədə Azərbaycan klubları transferlərdən 10.8 milyon dollar itiriblər.

Milli.Az


Etiketlər:  Klublarımız transferlərə qədər xərcləyib HESABAT


RƏYLƏR