Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 14:28
"Əfqanıstanın şimalındakı Pəncşir əyalətindəki müqavimət hərəkatı, ölkənin gələcəyi ilə bağlı "Taliban"la prinsipial razılaşma əldə edilənə qədər bölgənin digər ölkələri ilə anti-terror mövzusunda əməkdaşlığa hazırdır".
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu müqavimət qüvvələrinin sözçüsü Fahim Dəştim bildirib.
"Biz regional ölkələrlə ikitərəfli və ya çoxtərəfli şəkildə əməkdaşlığa hazır olacağıq", - deyə Dəşti qeyd edib.
Dəştinin sözlərinə görə, ABŞ, Avropa və region ölkələri müqavimət qüvvələrilə anti-terror məsələlərini müzakirə etmirlər və "Taliban"la mövcud problemləri sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə sövq etmələrini istəyirlər:
"Bu baş verməsə, "Taliban" Əfqanıstanla bağlı fikirləri ilə öz hökumətini qurmaq istəsə, bizim tələbimiz onları tanımamaq və onlara qarşı sanksiyalar tətbiq etmək olacaq".