Tarix: 28 Aprel 2019 19:08
İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Börnli"nin qonağı olan "Mançester Siti" çətin qələbə qazanıb.Qol.az-ın məlumatına görə, rəqibini 1:0 hesabı ilə məğlub edən "şəhərlilər" yenidən zirvəni ələ keçiriblər. Pep Qvardiolanın komandasına qələbə qazandıran yeganə qolu 63-cü dəqiqə Serxio Aquero vurub.
28 aprel"Börnli" - "Mançester Siti"- 0:1
Qol: Serxio Aquero, 63
Qeyd edək ki, "Mançester Siti" 36 turdan sonra 92 xalla liderdir. Onları 1 xal az toplayan "Liverpul" izləyir. 40 xalı olan "Börnli" isə 15-ci sırada yer alıb.