Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus hamiləlik üçün risk yaradır? - VİDEO

Koronavirus hamiləlik üçün risk yaradır? - VİDEO

Tarix: 31 Avqust 2021 19:42

Vaksinasiya prosesinin sürətləndiyi bir dövrdə ailə qurmağı və ya övlad sahibi olmağı planlaşdıran insanları koronavirus əleyhinə peyvəndin təsir imkanları maraqlandırır. Bəzi insanlar vaksinin doğulacaq körpənin sağlamlığına mənfi təsir etdiyini düşünürlər.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, infeksionist Hicran Xıdırova isə vaksinin sonsuzluğa və ya doğulacaq uşağın zərər görməsinə səbəb olma ehtimallarını rədd edir.

Həkim, ana olmağa hazırlaşan qadınlara nəinki peyvənd vurdurmaqdan qorxmamağa çağırır, əksinə, onların digərlərinə nisbətən bu prosesə daha həvəslə qoşulmalı olduqlarını deyir. Çünki vaksin yox, məhz koronavirus hamiləlik üçün risk yaradır.

Müsahibimiz övlad sahibi olmağı planlaşdıran insanları əmin edir ki, bütün peyvəndlər kimi koronavirus əleyhinə olan vaksin də immunitet formalaşdırır və bunun sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   


Etiketlər:  Koronavirus hamiləlik üçün risk yaradır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ