Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanların ''Akıncı'' qorxusu: Fatehin alov topları..

Yunanların ''Akıncı'' qorxusu:  Fatehin alov topları..

Tarix: 1 Sentyabr 2021 10:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bir neçə gün əvvəl "Akıncı" pilotsuz hücum aparatının (TİHA) silahlı qüvvələrin inventarına daxil edilməsi Yunanıstan ictimaiyyətində ciddi əks-səda yaradıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Yunanıstanın "Kathimerini" başda olmaqla, bir sıra tirajlı qəzetləri Ərdoğanın təqdimetmə mərasimində çıxışından sitatlar gətirib.

Xüsusilə, dövlət başçısının "Regionumuzda bir daş belə yerindən götürmək istəyən Türkiyənin cavabını gözləyəcək" sözlərinin hegemon ölkələrə ciddi siqnal olduğunu bildirilib.

"Proto Thema" nəşrinin məlumatına görə isə Türkiyə "Akıncı" ilə dünyanın bu texnologiyada 3 ən öndə gələn ölkəsindən birinə çevrilib.

Yunanıstan digər KİV-ləri "Akıncı" ilə bağlı daha obrazlı ifadələrə müraciət edib. Belə ki, telekanallardan biri yeni pilotsuz aparatı Fateh Sultan Məhmət ordusunun İstanbulu fəth edən zaman istifadə etdiyi alov toplarına bənzədib.

Milli.Az


Etiketlər:  Yunanların Akıncı qorxusu Fatehin alov topları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ