Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 15:08
Bəzi insanlar koronavirusa yoluxub-yoluxmadıqlarını daha tez bilmək üçün apteklərdə satılan nisbətən ucuz testlərdən istifadə edirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar hesab edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, daha tez və rahat olmasıdır.
Əzaçılar da son günlər COVID-19 virusana yoluxanların sayının artması ilə bu testlərə marağın daha çox olduğunu bildiriblər. Hətta bəzi apteklərdən bildirdilər ki, testlər tez satıldığı üçün gündəlik depolardan sifariş verirlər. Əçzaçıların sözlərinə görə, testlərin istifadə qaydası da olduqca rahatdır.
Bu testlərin qiymətləri isə firma və istehsal ölkəsinə görə dəyişir.
Testlərin cavablarının doğruluq dərəcəsinə gəlincə isə, əçzaçılar deyir ki, test birbaşa qanla götürüldüyünə görə doğru olma payı yüksəkdir.
TƏBİB-dən isə bildirildi ki, dünyada, eləcə də ölkəmizdə COVID-19-un təsdiqedici nəticəsi olaraq yalnız PSR testi hesab edilir.
Qeyd edək ki, PSR testinin nümunəsi laboratoriya şəraitində emal edilərək hazırlanmış nəticəni verir. Ekspres nümunələrlə labarator şəraitdə nəticə əldə edilmədiyindən rəsmi olaraq virusun təsdiqedicisi hesab olunmur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: