Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cütlük lotereyada 20 milyon dollar uddu

Cütlük lotereyada 20 milyon dollar uddu

Tarix: 3 Sentyabr 2021 11:44

Avstraliya sakinləri olan ailə cütlüyü lotereyada 20 milyon Avstraliya dolları (təxminən 19 milyon manat) qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar xeyli müddət lotereya təşkilatçılarından gələn zəng və mesajları rədd edib, yalnız üçüncü cəhddə cavab verərək qalib olduqlarını öyrəniblər.

Qaliblər uğurlu bileti təsadüfən aldıqlarını, adətən lotereya oynamadıqlarını bildiriblər.

Onlar uduşlarını valideynlərinə və yaxınlarına xərcləyəcəklərini, həmçinin özlərinə ev alacaqlarını qeyd ediblər.

Milli.Az


Etiketlər:  Cütlük lotereyada 20 milyon dollar uddu


RƏYLƏR