Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğalçılıq siyasəti Ermənistanı ağır duruma salıb - VİDEO

İşğalçılıq siyasəti Ermənistanı ağır duruma salıb - VİDEO

Tarix: 3 Sentyabr 2021 20:44

Ermənistanın dövlət borcu 8 milyard 973 milyon dollara çatıb. Təkcə bu ilin yanvar ayından iyula qədər olan dönəm ərzində Ermənistan höküməti daha 1 milyard dollar borc götürüb. Ermənistanın sürətli iqtisadi çöküş prosesini təkcə artan dövlət borcu yox, həm də normanı az qala ikiqat üstələyən büdcə kəsiri də təsdiqləyir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Aydın Hüseynov Ermənistanın iqtisadi çöküşünün sürətlənməsinin əsas səbəbini onların 30 ilə yaxın işğalda saxladıqları Azərbaycan torpaqlarının sərvətlərindən daha yararlana bilməməsi ilə əlaqələndirir. 

Millət vəkilinin fikrincə, Ermənistanın müharibə ritorikasını davam etdirməsi də erməni cəmiyyətində qorxu, narahatlıq yaradır ki, bu da müstəqillik illəri boyunca əhalinin azalması problemi ilə üzləşmiş bu ölkədə immiqrasiyanı da sürətləndirib. Ermənilərin xaricə axının da post-müharibə dövründə sürətlənməsi zəncirvari şəkildə iqtisadi geriləməyə əlavə təkan verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   


Etiketlər:  İşğalçılıq siyasəti Ermənistanı ağır duruma salıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ