Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yay rekord sayda italiyalı xaricə səyahət edə bilməyib

Bu yay rekord sayda italiyalı xaricə səyahət edə bilməyib

Tarix: 3 Sentyabr 2021 21:46

Yay fəslində rekord sayda italiyalı tətilini ölkə daxilində keçirməyə üstünlük verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iyul-avqust aylarında 23 milyon italiyalı xarici ölkələrə səyahət edə bilməyib. Bu göstərici 2019-cu ilə nisbətən 5 milyon nəfər çoxdur. Yerli turizm şirkətlərinin məlumatına görə, bu, proqnozlaşdırılan göstəricidir.

Pandemiya dövründə - 2020-ci ildə 17 milyon, 2019-cu ildə isə 18 milyon italiyalı daxili turizmə üstünlük verib. Hesabat dövründə ölkəyə 6 milyon xarici turist gəlib.

Mütəxəssislərin dediyinə görə, bu, "Green pass" vaksin pasportunun müsbət təsirlərindən qaynaqlanır. Vaksinasiya prosesinin sürətlənməsi sayəsində ölkə pandemiyanın ən pis vəziyyətindən çıxdıqca İtaliya iqtisadiyyatında da artım özünü göstərir.


Etiketlər:  rekord sayda italiyalı xaricə səyahət edə bilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ