Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclər arasında ölüm hallarının artmasına səbəb nədir? - VİDEO

Gənclər arasında ölüm hallarının artmasına səbəb nədir? - VİDEO

Tarix: 4 Sentyabr 2021 14:08

COVID-19-a yoluxan şəxslərin həkimə gec müraciət etməsi və ev şəraitində yalnış müalicə alması gənclər arasında ölüm hallarının artmasına səbəb olur.

Sonxeber.net xezerxeber.az-ə istinadən xəbər verir ki, bunu TƏBIB-in nümayəndəsi Nəzrin Mustafayeva deyib.

O bildirib ki, yoluxma sayı artdıqca əhalinin bütün yaş qruplarında yoluxma faizi də artmış olur. Eyni zamanda, ölüm hallarının kəskin artması da müşahidə olunur. Bunun  da bir neçə səbəbi var.

TƏBİB-in nümayəndəsi qeyd edib ki, məhz gənclərimizi  qorumaq məqsədilə onlara peyvənd imkanları təqdim olunub. Getdikcə yaş məhdudiyyəti azaldılaraq 18 yaşa da tətbiq olunur.

"Artiq  8 aydır ki, ölkəmizdə vaksinasiya prosesi icra olunur. Onlar bu imkanlardan istifadə edərək özlərini ağır xəstəlikdən qorumuş ola bilərlər",- deyə Nəzrin Mustafayeva qeyd edıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:   


Etiketlər:  Gənclər arasında ölüm hallarının artmasına səbəb nədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ