Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2021 19:36
Son günlər ölkədə vaksin olunduqdan sonra koronavirusa yoluxmayla bağlı şikayətlər artıb. Bu barədə sosial şəbəkələrdə tez-tez məlumatlar paylaşılır. Bildirilir ki, xüsusən birinci doza vaksindən sonra koronavirusa yoluxanların sayı artıb.
İnsanlar bunu bir çox amillərlə əlaqələndirirlər. Bəziləri hesab edir ki, sentyabrın 1-dən tətbiq olunan məhdudiyyətlərə görə xəstəxanalara kütləvi şəkildə axın var. Bu da poliklinikalarda sıxlığa, karantin qaydalarının pozulmasına gətirib çıxarır ki, nəticədə yoluxma sayı artır.
Bəs əsas səbəb nədir?
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a danışan infeksionist Mərdan Əliyev birinci doza vaksinin koronavirusdan qorumadığını deyib:
"Ümumiyyətlə, vaksinin içlik vərəqində də yazılıb ki, hər iki doza vurulmalıdır. Birinci doza vaksin qorumur. Peyvəndin birinci dozası vurulur, 28 gün və ya təqribən 1 ay sonra 2-ci doza vurulur. Vaksin birinci dozadan 7 həftə, 2-ci dozadan isə 3-4 həftə keçdikdən sonra qorumağa başlayır. Ona görə də 1-ci doza vurduran insanların çoxu asanlıqla yoluxa bilərlər. Bu şəxslər özlərini mütləq qorumalıdırlar. Hər iki doza vaksinasiyadan ən azı 3 həftə sonra peyvənd qorumağa başlayır. Yoluxanlar xəstəliyi yüngül keçirirlər. Yəni əksər hallarda ölümcül olmur. Amma yoluxma ehtimalları həmişə var. İnsanlar özlərini hər zaman qorumalıdırlar. Maska taxmalı, sosial məsafəyə riayət etməlidirlər".