Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2021 19:50
Rusiyada uşaqların kütləvi şəkildə zəhərlənməsindən sonra cinayət işi açılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın Nijni Novqorod şəhərindəki 13 saylı gimnaziyada 40-dan çox məktəbli zəhərlənib. Onlardan 24 nəfəri həkimə müraciət edib, 3 uşaq xəstəxanaya yerləşdirilib.
Məktəblilərdə kəskin bağırsaq infeksiyasının əlamətləri aşkar edilib.
Gimnaziyadan bildiriblər ki, təhsil müəssisəsində dərs ilinin əvvəlindən yeməkxana və bufet işləmədiyindən, uşaqların qidadan zəhərlənməsi istisna edilir.