Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilir - VİDEO

Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilir - VİDEO

Tarix: 6 Sentyabr 2021 15:20

Günü-gündən inkişaf edən, turistlərin diqqətini cəlb edən Sumqayıt şəhəri artıq Cənubi Qafqazın ikinci sənaye mərkəzinə çevrilir. Bu şəhərdə yüksək ekoloji standartlara cavab verən müəssisələr yaradılır və yeni iş yerləri açılır. Məsələ burasındadır ki, bütün bu tədbirlər  pandemiyanın dünya iqtisadiyatına vurduğu mənfi təsirlərə baxmayaraq Azərbaycanda uğurla həyata keçirilir. Mövzunu millət vəkili Rüfət Quliyev şərh edib.

Son 18 ildə aparılan uğurlu siyasət nəticəsində regionlar inkişaf etməklə yanaşı, Sumqayıt şəhəri də Cənubi Qafqazın ikinci mühüm sənaye mərkəzinə çevilir. Burada yüksək ekoloji standartlara cavab verən müəssisələr yaradılır, istehsal olunan məhsullar isə ölkəmizin ixrac potensialına dəstək olur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Millət vəkili Rüfət Quliyevin sözlərinə görə, prezident İlham Əliyevin Sumqayıta tez-tez səfər etməsi və bu şəhərdə yeni sənaye məhəllələrinin, zavodların və məktəblərin açılışında iştirak etməsi dövlət başçısının digər bölgələrlə yanaşı bu şəhərə də xüsusi diqqət göstərməsindən xəbər verir.

Sumqayıtda fəaliyyətdə olan və yeni fəaliyyətə başlayan müəssisələrdə istehsal olunan məhsullar təkcə daxili bazarda öz sözünü demir, həm də bu məhsulların ixracyönümlü olması ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Rüfət Quliyev hesab edir ki, pandemiyanın dünya iqtisadiyatına vurduğu mənfi təsirlərə baxmayaraq, bu gün ölkəmiz inkişaf dinamikasını qoruyub saxlayır.Bu ilin yanvar-iyul aylarının yekunlarına əsasən, Azərbaycanda qeyri-neft sənaye sahəsində 16,4 faizlik artımın olması sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticə verdiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, digər bölgələrdə olduğu kimi Sumqayıtda da yeni zavodların təməlinin qoyulması istehsal olunan sənaye məhsulları üzrə xaricdən asılılığın aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına imkan verir. Bununla yanaşı, həyata keçirilən siyasət nəticəsində qeyri-neft sektoru davamlı inkişaf etməklə yanaşı, ölkədən valyuta axınının qarşısı alınır.

Milli.Az


Etiketlər:  Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ