Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şərti düşmənin terror-diversiya qrupu zərərsizləşdirildi, onların müvəqqəti bazası məhv edildi - VİDEO - FOTO

Şərti düşmənin terror-diversiya qrupu zərərsizləşdirildi, onların müvəqqəti bazası məhv edildi - VİDEO - FOTO

Tarix: 7 Sentyabr 2021 12:00

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Milli.Az


Etiketlər:  Şərti düşmənin terror diversiya qrupu zərərsizləşdirildi onların müvəqqəti bazası məhv edildi VİDEO FOTO


RƏYLƏR