Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çaylarda mövsümə hazırlıq işləri gedir - VİDEO

Çaylarda mövsümə hazırlıq işləri gedir - VİDEO

Tarix: 7 Sentyabr 2021 12:56

Ağdaş və Göyçayda suvarma kanalları lildən təmizlənir

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı Təmir-Tikinti İdarəsi tərəfindən Göyçay şəhərindən axan eyniadlı çayda tənzimləmə işləri aparılır. Çayın məcrasının genişlənərək ətraf əraziləri yumaması üçün sahil-bərkitmə və bənd işləri sürətlənib. Hazırda çayda işlərin aparılması üçün suyun istiqaməti dəyişdirilib, idarənin bir buldozer və bir ekskovatoru gücləndirilmiş iş rejimində çalışır.

Ağdaş rayonunda isə suvarmada önəmli rolu olan torpaq məcralı kanal lildən və qamışdan təmizlənir. Bununla da kanalla ötürülən suyun sürəti artmaqla yanaşı, itkisiz olaraq su istifadəçilərinə çatdırılması təmin olunur. Hazırda idarənin iki ekskovatoru Türyançay kanalında lildən təmizləmə işlərinə cəlb olunub.

Qeyd edək ki, Göyçay rayonundan axan Göyçay çayında tənzimləmə işlərinin çay boyu 2 kilometrə yaxını artıq geridə qalıb. Ağdaşda isə suvarma kanalının 10 kilometri lildən təmizlənib.


Etiketlər:  Çaylarda mövsümə hazırlıq işləri gedir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ