Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MDB Oyunları: Azərbaycanın badminton millisi Ermənistana qalib gəlib

MDB Oyunları: Azərbaycanın badminton millisi Ermənistana qalib gəlib

Tarix: 7 Sentyabr 2021 21:46

Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, ilk oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığma ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.

Komanda 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib. Milli dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərini sabah keçirəcək. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığma son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah komanda yarışında qaliblər müəyyənləşəcək.


Etiketlər:  Oyunları Azərbaycanın badminton millisi Ermənistana qalib gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ