Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 07:12
Azərbaycan millisinin DÇ-2022-də iştirak etməyəcəyi rəsmiləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Canni de Byazinin yetirmələri artıq indidən turnirə qatılmaq xəyalı ilə vidalaşıb.
Bu, Avropa zonası üzrə seçmə mərhələnin VI turundan sonra baş verib. Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamızın möcüzədən asılı olan nəzəri şanslarının üzərindən Serbiya xətt çəkib. Balkanlılar İrlandiya səfərində 1 xal qazanıblar - 1:1.
Bununla da 1 xala malik Azərbaycanla liderlərdən uzaq düşüb. Portuqaliya 13, Serbiya 11 xalla autsayderlər üçün əlçatmazdır.
Bu isə o deməkdir ki, Azərbaycan qalan üç oyununun hamısında qalib gəlsə belə nəinki 1-ci, heç 2-ci yeri də tuta bilməyəcək.
Qeyd edək ki, Avropa zonasında qrup qalibləri Qətər-2022-yə birbaşa vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda Millətlər Liqasından gələcək iki yığma ilə pley-off mərhələlərində 3 yer üçün mübarizə aparacaq.