Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlamentdə pedofillər üçün edam cəzası müzakirə olunur

Parlamentdə pedofillər üçün edam cəzası müzakirə olunur

Tarix: 8 Sentyabr 2021 11:02

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb.

Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşlı iki məktəbli qızın öldürülməsinə istinad edib.

"Hesab edirik ki, pedofillər və terrorçulara, pedofil qatillərə ölüm cəzası verilməli, Avropa Şurasının mövqeyindən asılı olmayaraq, ölüm hökmünün moratoriyasını ləğv etməli və ölkədəki vəziyyət rəhbər tutulmalıdır", - deyə rusiyalı deputat bildirib.

Yemelyanov əlavə edib ki, ləğv edilmə qərarı Dövlət Dumasının yeni tərkibindən asılı olacaq.

Qeyd edək ki, sentyabrın 7-də on yaşlı iki məktəbli dərsdən evə qayıtmayıb. Sonradan onların meyiti tapılıb. Hadisəni 41 yaşlı, əvvəllər məhkum olmuş yerli sakinin törətdiyi məlum olub.


Etiketlər:  Parlamentdə pedofillər üçün edam cəzası müzakirə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ