Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 21:27
Əncirin sağlamlığımıza bir çox faydaları vardır. Diyetoloqlar bildirirlər ki, gün ərzində yediyimiz 2 ədəd əncir günlük 1 pors meyvə ehtiyacımızı qarşılayır.
Amma unutmamalıyıq ki, əncir aşağı kalorili olsa da yüksək miqdarda karbohidrat tərkiblidir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu səbəblə şəkər xəstələri xüsusilə diqqətli olmalıdırlar. Onların 1-2 ədəd əncirin yanında 2 ədəd qoz və ya 10 ədəd badam yemələri çox önəmlidir.
Dəmir, kalsium, potasium, C, B1, B2, B6 vitaminləri ilə zəngin olan əncir, həm də antioksidan tərkiblidir.
Yaddaşı gücləndirir
Əncir B6 vitaminli tərkibi sayəsində beyin sağlamlığı üçün önəmli rol oynayır. Araşdırmalarda sübut edilmişdir ki, əncir qavramanı və yaddaşı gücləndirir.
Qəbzliyə faydalıdır
Qəbzlik suyun az içilməsi və ya yetərli miqdarda lif qəbul etməməyin nəticəsində yaranır. Əncir qəbzliyə qarşı faydalıdır. Əncirlə birlikdə 1-2 stəkan su içərək bağırsağın fəaliyyətini normallaşdıra bilərsiniz.
Xərçəngin düşmənidir
Əncir lutein, zeaksantin, beta karoten, polifenol və antosiyaninlər baxımından zəngindir. Bu meyvə orqanizmdə yaranan xərçəng hüceyrələrinin qarşısını alır. Xüsusilə rəngi tünd olanlar daha faydalıdır.
Ürək sağlamlığını qoruyur
Əncir zəngin tərkibi ilə ürək sağlamlığını da qoruyur.
Yaşlanmanın qarşısını alır
Tərkibindəki C vitamini dəridə elastiklik yaradır, qocalmanın qarşısını alır. Bunun sayəsində dəri daha təmiz və cavan görünür.
Çəkiyə nəzarətdə faydalıdır
Lifli tərkibi ilə daha uzun müddət toxluq hissi yaradır. Əncir şirniyyat istəyinizin qarşısını ala bilər.
Bağırsaq sağlamlığını qoruyur
Araşdırmalarda sübut olunmuşdur ki, əncir bağırsaqlar üçün də faydalıdır.
Kalsiumla zəngin olan əncir sümük sağlamlığını dəstəkləyən və osteoxondroz riskini azaltmada önəmli rola malikdir.
Bunlara diqqət edin!
* Ənciri təzə və ya quru olaraq yeyə bilərsiniz. Lakin, əncir quruduğu zaman glisemik yükü artırır. Bu zaman qan şəkərində müəyyən "dalğalanmalar" yaşaya bilərsiniz.
* Aşağı kalori, amma yüksək karbohidrat tərkibi olmasına görə, yediyiniz miqdara diqqət edin.
* Diabetiniz varsa, 1-2 ədəd əncirin yanında 2 ədəd qoz və ya 10 ədəd badam yeyə bilərsiniz. Bu qan şəkərini normada saxlayar.
* Axşam saatlarında və ya yemək saatlarında qəbul etmək yağlanmaya səbəb ola bilər. Buna görə də ənciri günorta və axşam yeməyi arasında yeyin.
* Özəlliklə qəbzlik problemi yaşayırsınızsa bir pors əncirin yanında mütləq 1-2 stəkan su için. Beləliklə, bağırsağın hərəkəti sürətlənəcək.
* Əncir alarkən qabığına fikir verin.
* Tez xarab olduğu üçün 1-2 gün ərzində yeyin. Çox saxlamayın.
Qabığı ilə birlikdə yeyin
Əncirin qabığı antioksidan olaraq bilinən polifenollar və antosiyaninlərlə zəngindir. Bu ikili orqanizmdə xərçəng hüceyrələrinə qarşı təsirlidir. Eyni zamanda, qocalmanın qarşısnı alır.
Qabığı liflə zəngin olduğu üçün bədəndən xolestrolun atılmasına kömək edir.
Buna görə də ənciri qabığı ilə birlikdə yeyin.
Lakin bu meyvəni yaxşıca yumağı unutmayın!