Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - VİDEO

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - VİDEO

Tarix: 10 Sentyabr 2021 13:46

Təhsil Nazirliyi tərəfindən vaksinasiya prosesində iştirak etməyən müəllimlərin təhsil müəssisələrinə girişlərinin qadağan olunacağı açıqlanıb. Bildirilib ki, işçilər  əks göstəriş sertifikatını tədris ili başlayana qədər əldə  etməlidirlər. Təhsil nazirinin  müşaviri bu prosesdə iştirak etmək istəməyən müəllimlərin əmək haqlarının necə ödəniləcəyi məsələsinə də  aydınlıq gətirib. 

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, COVID-19 pasportu və əks göstəriş sertifikatı olmayan müəllimlər ali və ya orta təhsil müəssisələrinə buraxılmayacaqlar. 

Təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Hazırlanmış siyahılar əsasında ciddi monitoriqlər aparılacaq. Nazir müşaviri vaksinasiyada iştirak etməyən və əks göstəriş sertikifatı olmayan müəllimlərin əmək haqlarının ödənilməsilə bağlı  məsələnin  müzakirə olunduğunu qeyd edib.

Təhsil müəssisələrinə buraxılmayan müəllimlərin dərs saatlarında heç bir axsama olmayacaq.  Bundan başqa məktəblərdə və universitetlərdə vaksinasiya məntəqələrinin sayı artırılacaq. Həmçinin tələbələr də universitetlərin girişində yoxlanılacaqlar -deyə, müşavir qeyd edib.

Rüstəm Ağayev bildirib ki, 11-ci sinif şagirdlərinin vaksinasiya prosesində iştirakı ilə bağlı hələ konkret qərar verilnəyib.


Etiketlər:  Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ