Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş prokuror taksi sürücüsünü döydü, işdən qovuldu - VİDEO

Sərxoş prokuror taksi sürücüsünü döydü, işdən qovuldu - VİDEO

Tarix: 10 Sentyabr 2021 14:12

Moskvada alkoqolun təsiri altında olan prokuror köməkçisinin taksi sürücüsünü döyməsi kameralara düşüb.

Sonxeber.net rus xəbər saytlarına istinadən xəbər verir ki, prokuror əvvəlcə sürücünü yanlış yerdə dayanmaq istəmədiyi üçün ondan qisas almaqla hədələyib. Hadisənin videosu Life Shot Telegram kanalında yayımlanıb.

Telekanalın məlumatına görə, taksi sürücüsü Qaribaldi küçəsindəki zəng yerinə gəlib və göstərilən nöqtədən 30 metr aralıda dayanıb, çünki orada dayanmaq qadağan olunub. Bir müddət sonra maşına üç sərxoş kişi yaxınlaşıb, onlardan birinin rayonlararası prokurorluğunun prokuror köməkçisi Salan Nosonov olduğu ortaya çıxıb.

Prokuror bildirib ki, bütün işarələri o müəyyən edir. Sürücü sərxoş müştəriləri götürməkdən imtina etsə də, zərbələrə tuş gəlib. Sərxoşları təyinat yerinə aparan sürücü polisə müraciət edib.

Moskva prokurorluğu artıq Nosonovun "prokuror andını pozduğuna və prokurorluq işçisinin şərəfinə ləkə gətirdiyinə görə cinayət törətdiyinə görə" prokurorluqdan uzaqlaşdırıldığını açıqlayıb.

Kamran Seyidov


Etiketlər:  Sərxoş prokuror taksi sürücüsünü döydü işdən qovuldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ