Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əvvəla xoşbəxtəm ona görə ki'' - Sənubər İsgəndərli

''Əvvəla xoşbəxtəm ona görə ki'' - Sənubər İsgəndərli

Tarix: 10 Sentyabr 2021 20:45

"İlk məhəbbətim, eşqim həyat yoldaşım oldu. Ailə qurduq, övladımız oldu. Sevgi gözəl şeydi. Onu həqiqətən dadan xoşbəxt insandı. Sevgini daddın, nə gözəl. Sonuc hara getdi, önəmli deyil".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Bakı gecələri" proqramında qonaq olarkən deyib. Aktrisa həyatı, sənəti ilə bağlı sualları cavablandırıb.

"Sənətdə, yoxsa həyatda xoşbəxt oldunuz" sualına aktrisa belə cavab verib:

"Əvvəla xoşbəxtəm ona görə ki... Allah mənə övlad, nəvələr, gözəl sənət bəxş edib. Buna görə Allaha şükür edir, özümü xoşbəxt sayıram. Xoşbəxtlik nisbidir".

S.İsgəndərli az filmə çəkilməsindən gileylənib:

"İllər getdi. Çox heyif ki, kinoda az oynadım. Buna heyifslənirəm. Teatra gəlir tamaşaçı baxır gedir və bitir. Amma "Kişi sözü", "Şahid qızı", "Təsadüfü görüş" bu gün də göstərilir. Xatirələrdə qalır. Teatr uzunömürlü olmur".


Etiketlər:  Əvvəla xoşbəxtəm görə Sənubər İsgəndərli


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ