Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 13:00
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı müğənni Nərmin Kərimbəyova olub.
Sonxeber.net xəbər verir ki, müğənni, pulun onu dəyişmədiyini qeyd edib:
"Pul məni dəyişməyib. Pulsuzluqdan gəlməmişəm. Sənətdə pul yoxdur, xüsusilə də, estradada. Bəlkə də toyda var. Toylara yarım saatlıq qonaq kimi gedirəm, amma toy aparmıram. Toy mənə maraqlı deyil və janrım deyil. Toy ifa etməyi öyrənə bilərəm, amma istəmirəm. Çünki o zaman mənim istədyim şou alınmayacaq. Özümü estradada görürəm".