Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 07:40
Bakı. Trend:
Avqustun 18-də futbol üzrə Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib.
Trend xəbər verir ki, ötən mövzumun çempionu “Paris Sen-Jermen” səfərdə “Renn” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 36-ci dəqiqədə “Paris Sen-Jemen” Edison Kavaninin sayəsində açsa da, ardıcıl iki qol buraxan paytaxt təmsilçisi yeni mövsümün ikinci turunda məğlubiyyətlə üzləşib. Meydan sahiblərinin heyətində Mbaye Niyanq (44) və Romain Del Kostillo (48) fərqlənməyə nail olublar.
Qeyd edək ki, “Paris Sen-Jermen” birinci turda “Nimes” klubunu məğlub etmişdi (3:0).
Növbəti turda “Paris Sen-Jemen” doğma meydanda “Tuluza” klubunu qəbul edəcək, “Renn” isə səfərdə “Strasburq”un qonağı olacaq.
Üçüncü turun görüşləri avqustun 24, 25, 27 və 29-da keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin