Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 09:00
Pentaqon hesab edir ki, Rusiya və Çin ABŞ üçün artan təhlükə yaradır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Con Hayten deyib.
"Rusiyanın nüvə qüvvələri tamamilə modernləşdirilib, bziimkilər isə yox", - deyə hayten bildirib.
O, ölkəsini silahları modernləşdirmək üçün bürokratik prosedurları sürətləndirməyə çağırıb:
"Rusiya və Çin kimi rəqiblərimiz varsa, cəld hərəkət etməliyik. Biz hələ də çox yavaş hərəkət edirik".
Generalın sözlərinə görə, ABŞ-ın əsas strateji uğuru Rusiya və Çinlə müharibə ehtimalını istisna etməsidir. Çünki belə bir münaqişə nüvə münaqişəsinə çevrilə bilər ki, bu da iştirakçılar və bütün planet üçün fəlakət olar.