Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 yaşlı gənc və 52 yaşlı qadın intihar etdilər

19 yaşlı gənc və 52 yaşlı qadın intihar etdilər

Tarix: 14 Sentyabr 2021 11:22

Azərbaycanda daha iki intihar hadisəsi olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri paytaxtda baş verib. Hadisə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 152 ünvanında evdə qeydə alınıb. Şəki rayon sakini olan 19 yaşlı Ataməli Mustafazadə özünü yaşadığı evdə asaraq intihar edib. 

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Digər intihar hadisəsi Göyçayın Bəydövül kəndində  baş verib.

Belə ki, 52 yaşlı İradə Şixəliyeva sirkə turşusu içərək intihar edib. Kənd sakini xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadın onkoloji xəstəlikdən əziyyət çəkirmiş. 

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  yaşlı gənc yaşlı qadın intihar etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ