Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 17:54
İsraildə koronavirusa qarşı peyvəndləmə hərəkatının lideri Hay Şaulyan koronavirusa yoluxaraq ölüb.
Sonxeber.net-ın lent.az-a istinadla verdiyi xəbərə görə, fəalın sosial şəbəkələrdə peyvənd əleyhinə şüarlar yayıb: "Heç bir epidemiya yoxdur - peyvənd təhlükəlidir və yararsızdır".
Şualyan virusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilib və oksigen aparatına qoşulub.
"Çıxarıb üç metr gəzsəm, huşumu itirərəm. Şiddətlə öskürürəm və özümü boğulmuş kimi hiss edirəm", - belə deyib.
Sonradan Yerusəlim polisinin onu zəhərləməyə çalışdığını, bu səbəbdən vəziyyətinin kəskin pisləşdiyini söyləyib. Başına bir şey gəlsə, bunun cinayətə cəhd kimi qiymətləndirilə biləcəyini xəbərdar edib.