Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 14:56
Bakı. Elçin Mehdiyev - Trend:
Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-cü km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı avqustun 18-i saat 16:50-dan etibarən təmir işləri başa çatanadək Göyçay şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 08:25-dən etibarən isə eyni magistral qaz kəmərində aparılan təmir işləri ilə bağlı Ucar və Zərdab rayonlarının qaz təchizatı dayandırılıb.
Qaz İxrac İdarəsinin məlumatına əsasən qaz təchizatının bərpası avqustun 20-i günün ikinci yarısına planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin