Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 22:06
Ermənistanın cənubundakı Syunik (Zəngəzur) bölgəsində Gorus-Kafan avtomobil yoluna alternativ maqistral tikir.
Ərazi İdarəsi Nazirliyi yanında "Yol Departamenti" qurumunun mətbuat xidmətindən "Sputnik Ermənistan"-a verilən məlumata görə, hazırda 68 kilometrlik Tatev-Ağvani yolunun 25-68 kilometr arasındakı hissəsində təmir işləri aparılır. Qalan hissəsi artıq asfaltlanıb. Qeyd olunur ki, bu addım "Azərbaycan polisinin hərəkətləri nəticəsində yaranan çətinliklər nəzərə alınmaqla" həyata keçirilir.
Yol ilin sonunda istifadəyə veriləcək və gündəlik ötürmə qabiliyyəti 1500-4500 avtomobil olacaq.