Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 15:24
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 2-ci turunda “Tottenhem”lə matçda hücumçu Serxio Aquero ilə aralarında yaranan mübahisənin səbəblərini açıqlayıb.
Qol.az xəbər verir ki, o, yanlış anlaşıma səbəbindən bu durumun yarandığını söyləyib: “Qapımıza vurulan 2-ci qoldan sonra Aqueronu əvəzlədim. O isə elə başa düşdü ki, mən onu bu qolun buraxılmasında səhvi olduğu üçün əvəzləmişəm. Futbolçularla belə hallar olur. Bəzən hissləri cilovlamaq çətindir”.
Qeyd edək ki, “Mançester Siti” - “Tottenhem oyunu 2:2 hesabı ilə yekunlaşıb.
Yuxarı