Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın strateji valyuta ehtiyatları 53,2 mlrd. dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 53,2 mlrd. dollara çatıb

Tarix: 17 Sentyabr 2021 18:20

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% (2,4 mlrd. ABŞ dolları) artaraq 53,2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

Milli.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib.

Qeyd edilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.

Milli.Az


Etiketlər:  Azərbaycanın strateji valyuta ehtiyatları 532 mlrd dollara çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ