Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq Artisti Fəxrəddən Manafova olan sevgisindən danışdı

Xalq Artisti Fəxrəddən Manafova olan sevgisindən danışdı

Tarix: 17 Sentyabr 2021 20:50

"Çox dəyərli tərəf müqavillərim olub. Çox rejissorlarla işləmişəm, necə ki, Vaqif İbrahimov təkrarolunmaz və əvəzolunmazdır. Tərəf müqabillərim arasında da bir nəfər var ki, əvəzolunmaz və təkrarolunmazdır".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki "Bakı gecələri" verilişində deyib. Aktrisa onun üçün önəmli olan tərəf müqabilinin adını açıqlayıb:

"O, mənim əbədi tərəf müqabilimdir. Bilmirəm taleyimiz necə gətirəcək, qismət, arzu... Həyatdır, çox şey ola bilər. Amma nə olsa da, o insan mənim üçün əvəzolunmaz qalıb. Ondan çox şey öyrəndim: orqanik olmağı, səmimiyyəti, dik gözünün içərisinə baxmağı. Əsl tərəf müqabili pas ötürməyi bacarmalıdır. Bu yalnız söz, replika, mimika deyil, həm də energetik pasdır. Həmin tərəf müqabili mənim üçün Fəxrəddin Manafovdur".


Etiketlər:  Xalq Artisti Fəxrəddən Manafova olan sevgisindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ