Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Tarix: 17 Sentyabr 2021 21:36

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub.

Sonxeber.net xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvəl normal həyata qayıtmağa başlayıb.

Xəstənin həkimi Gülseren Elay vaksinin çox önəmli olduğunu deyib:

"Xəstəmiz 51 yaşındadır. Qadının hansısa bir problemi, xroniki xəstəliyi olmayıb. Buna baxmayaraq 3 dəfə koronavirusa yoluxub. 1 ildir ki, xəstəxanamızda, 3 ay isə reanimasiyada yatır. Vaksin vurdurmayanlar xəstəliyi çox ağır keçirir. Ona görə də vaksindən başqa yolumuz yoxdur". /medicina.az


Etiketlər:  ayda dəfə koronavirusa yoluxdu Heç xəstəliyi omayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ