Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2021 18:32
Alimlər koronavirus infeksiyasını daha asan keçirənləri müəyyən ediblər.
Sonxeber.net Lent.az-a istinadla bildirir ki, məlum olub ki, xəstəlik müəyyən pəhrizə riayət edən pasiyentlərdə hər hansı ağır nəticələrsiz keçir. Məsələn, ancaq balıqdan istifadə etməklə bitki qidalarına və ya vegetarianlığa üstünlük verənlər.
Bunu, Kolumbiya Universitetinin mütəxəssisləri altı ölkədə xəstələnənlərin məlumatlarını araşdırdıqdan sonra söyləiblər.
Müəyyən edilib ki, bitki menyusuna sadiq olan yoluxmuş şəxslərdə xəstəliyin ağır gedişi riski heyvan məhsullarına üstünlük verənlərdən 73 faiz az olub.
Balıqdan istifadə etməyə üstünlük verən vegetarianlar ağırlaşma riskinin təxminən 60 faizə endirildiyinə görə öyünə bilərlər.
Eyni zamanda, həkimlər pəhrizin infeksiya ehtimalına təsir etmədiyini də vurğulayırlar.
Ancaq qeyd edək ki, qidalanma immunitet üçün vacibdir. Məsələ bundadır ki, qida elementlərinin çatışmazlığı xəstəliyin inkişafında xüsusi rol oynayır.