Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya universiteti atışmadan sonra - VIDEO

Rusiya universiteti atışmadan sonra - VIDEO

Tarix: 20 Sentyabr 2021 15:48

Rusiyanın İstintaq Komitəsi Perm Dövlət Universitetində baş vermiş atışma ilə bağlı görüntülər yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komitənin yutub kanalında paylaşılan videodan universitetin içərisində qan izlərini və gilizləri aydın görmək mümkündür.

Hazırda İstintaq Komitəsinin əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir. 

Qeyd edək ki, insident universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədilib. Bildirilir ki, silahlı şəxs hüquq-mühafizə orqanlarına müqavimət göstərsə də, son nəticədə yaralı halda saxlanılıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Rusiya universiteti atışmadan sonra VIDEO


RƏYLƏR