Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Honda yeni avtomobillərin onlayn satışına başlayacaq

Honda yeni avtomobillərin onlayn satışına başlayacaq

Tarix: 21 Sentyabr 2021 21:56

"Honda Motor" Yaponiyada yeni avtomobillərini internet vasitəsilə satmağa başlayan ilk yerli istehsalçı olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, tədbir müştərilərin koronavirus pandemiyası zamanı əyani ünsiyyətdən yayınmaq istəklərinin artmasına cavab olaraq həyata keçirilir.

Bildirilir ki, istehsalçının qiymətləndirmə, müqavilələr və kredit prosesləri də daxil olmaqla bütün satış prosedurlarını əhatə edən müvafiq veb-saytı artıq gələn ayın əvvəlində fəaliyyətə başlayacaq.

Avtomobil tədarükləri avtomobil satış salonları vasitəsi ilə həyata keçirilməyə davam edəcək.

Qeyd edilir ki, amerikan avtomobil istehsalçısı "Tesla" və Almaniyanın "BMW" şirkətləri yeni avtomobillərini artıq Yaponiyada onlayn olaraq satır.

Milli.Az


Etiketlər:  Honda yeni avtomobillərin onlayn satışına başlayacaq


RƏYLƏR