Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt Ancelina Colini məhkəməyə verib

Bred Pitt Ancelina Colini məhkəməyə verib

Tarix: 23 Sentyabr 2021 10:10

Dünyaca məşhur aktyor Bred Pitt həmkarı və keçmiş arvadı Ancelina Colini yenidən məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Pitt iddi edir ki, Coli onu mülkdəki payını idarə etməsinə maneə yaradır.

Üzüm bağları olan ümumi əmlak 164 milyon dollar dəyərində qiymətləndirilir.

Pittin vəkilləri deyiblər ki, Coli mülkün özünə aid olan hissəsini simvolik bir məbləğə satmağa çalışır bu da layihəyə yatırdığı vaxta və pula baxmayaraq, Pitti mülkü idarəsi və ondan qazanc əldə etmək hüququndan məhrum etməyə şərait yaradacaq.

Hadisəyə münasibət bildirən Pittə yaxın mənbə Colini intiqamçı adlandırıb.

Onlar bundan əvvəl uşaqlar üzərində qəyyumluq hüququ uğrunda məhkəmədə çəkişiblər. Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.

Milli.Az


Etiketlər:  Bred Pitt Ancelina Colini məhkəməyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ