Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa çempionatında kütləvi dava - VİDEO

Fransa çempionatında kütləvi dava - VİDEO

Tarix: 23 Sentyabr 2021 20:08

Fransa Liqa 1-inin 7-ci turunda "Anje" - "Marsel" matçından sonra azarkeşlər arasında kütləvi dava yaşanıb.

Milli.Az  "RMC Sport"a istinadən xəbər verir ki, oyunun başa çatmasının ardından qonaq komandanın azarkeşləri meydana daxil olublar. Onlar rəqib fanatlara tərəf qaçıblar. Nəticədə hər iki tərəfin azarkeşləri arasında iğtişaş yaşanıb. Həmçinin stadionun avadanlıqlarına da zərər dəydiyi bildirilib.

Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Fransa çempionatında kütləvi dava VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ