Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhşur ''oğru''ya ŞOK İTTİHAM: Əhməd, 150 milyonu qaytar

Məhşur ''oğru''ya ŞOK İTTİHAM: Əhməd, 150 milyonu qaytar

Tarix: 24 Sentyabr 2021 14:46

Çeçen əsilli "qanuni oğru" Əhməd Şalinski (Dombayev) 150 milyon rubl (təxminən 2 milyon dollar) pulu mənimsəməkdə ittiham olunur.

Sonxeber.net lent.az-a istinadən məlumat verir ki, Yunanıstanın paytaxtı Afinada keçirilən "sxodka"da "qanuni oğrular" Matvey Karabulat, Koka Şalibaşvili, Qiya Uxvaradze, Andrey Qamlevski (Qamlet), Merab Asanidze (Çikora), Tenqo Pirveli, Qiya Gndeladze (Tava), Şotiko Tevdoradze, Zaza Ambroladze, Qiya Nijaradze, Kaxa Djanqveladze (Şalvoviç), Djoni Puruxvanidze (Burdquniç), Papiaşvili qardaşları və digərləri Şalinskidən "obşak"dan oğurlanan 150 milyonu dərhal qaytarmasını tələb ediblər. "Sxlodk"anı Şakro Molodoyun nümayəndəsi Kamo Qorkovski aparıb. 

Əhməd Şalinskiylə telefon əlaqəsi yaratmaq istəyən "sxodka iştirakçıları buna nail ola bilməyiblər. Bir neçə zəngdən sonra Şalinski telefonu ümumiyyətlə söndürüb. Məlumata görə, Şalinski Çelyabinskdə həbsxanada olan zaman Rusiyanın müxtəlif yerlərindən onun hesabına on milyonlarla pul keçirilib. Həmin pullar isə Qroznıda nəğdləşdirilib.


Etiketlər:  Məhşur oğruya ŞOK İTTİHAM Əhməd milyonu qaytar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ