Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 19:42
PSJ-nin hücumçusu Lionel Messi ümumi qrupda məşqlərə hələ başlamayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mənbənin bildirdiyinə görə, futbolçu Fransa çempionatının "Lion"la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb.
Onun sentyabrın 25 və ya 26-da məşqlərə qoşulacağı gözlənilir.
Həmçinin argentinalı oyunçunun "Monpelye" ilə görüşü buraxacağı da güman edilir. Belə ki, Məşq Qərargahı onun gücünü Çempionlar Liqasında "Mançester Siti" ilə oyuna qorumaq istəyir.