Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-mütəxəssis: Simptomsuz COVID-19 hallarını araşdırmaq üçün radioloji müayinədən istifadə edilməməlidir

Həkim-mütəxəssis: Simptomsuz COVID-19 hallarını araşdırmaq üçün radioloji müayinədən istifadə edilməməlidir

Tarix: 24 Sentyabr 2021 23:36

Yeni növ koronavirus (COVID-19) infeksiyasında radioloji müayinə zamanı müşahidə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla və müalicə üsulu dəyişdirilə bilər. Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslandığı halda, PCR yaxma nəticəsi mənfi olarsa, xəstəyə düzgün diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyası tələb edilir. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiyadan da istifadə oluna bilər.

Sonxeber.net bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir: "Xəstəliyin ağciyərlərə çatdığı düşünülür və müayinə zamanı ağciyərdə hər-hansı zədələnmə hiss edilirsə və üstəlik, xəstədə tənəffüs çətinliyi varsa, o zaman xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etmək üçün ağciyərlərin tomoqrafiyası lazım bilinir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur".


Etiketlər:  Həkim mütəxəssis Simptomsuz COVID hallarını araşdırmaq üçün radioloji müayinədən istifadə edilməməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ