Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 17:33
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu balıqlardan insanlara yoluxan parazitar zoonoz xəstəliklər barədə məlumat yayıb.
Qurumdan Sonxeber.net-a verilən məlumata görə, çiy və müvafiq termiki təsirdən keçməmiş balıq məhsullarının istehlakı ilə insanlara yoluxan biohelmintozlar intoksikasiya, dispepsiya, allergiya, hematoloji problemlər və digər patologiyalarla nəticələnir:
Anizakidoz - zoonoz nematodoz olub, Ankisakis cinsli helmintlər tərəfindən törədilən xəstəlikdir. Anizakis sürfələri -18° C temperaturda 14 gün, -20° C-də 4-5 gün, -30° C-də isə 10 dəqiqə müddətində məhv olur.
Opistorxoz - zoonoz trematodoz olub, yastı, lansetvari Opisthorchis felineus və Opisthorchis viverrini helmintləri tərəfindən törədilir. Opisthorchiasis sürfələri -40° temperaturda 7 saat, -35° C-də 14 saat və -28° C-də 32 saat ərzində məhv olur.
Difillobotrioz - zoonoz sestodoz olub, lentvari Diphyllibothrium latum, Diphyllibothrium dendriticum və Diphyllibothrium klebanovskii helmintləri tərəfindən törədilir. Parazit sürfələri - pleroserkoidlər balıqların orqanizmində dərialtı toxuma və daxili orqanlarda məskunlaşır".