Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 20:14
Almaniyada qiymətli metalların və sikkələrin satışı ilə məşğul olan onlayn mağazalar ölkə kansleri Angela Merkelin 16 illik dövrünün sona çatmasını xatırladan təmiz qızıldan hazırlanmış suvenir sikkələr satışa çıxarıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Angela Merkelin portreti əks olunan qızıl sikkələrdə kanslerin bu vəzifədə çalışdığı illər göstərilib (2005-2021). 0,3 qram ağırlığında olan bir qızıl sikkənin qiyməti 49 avrodur.
Xatırladaq ki, bundan əvvəl Angela Merkel sentyabrın 26-da keçiriləcək Bundestaq seçkilərindən sonra siyasətdən gedəcəyini açıqlamışdı.