Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Polşa çempionatında 2-ci qolunu vurdu - YENİLƏNİB

Mahir Polşa çempionatında 2-ci qolunu vurdu - YENİLƏNİB

Tarix: 25 Sentyabr 2021 23:32

23:29

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Polşa çempionatında 2-ci qolunu vurub.

24 yaşlı hücumçu 9-cu turda hazırda davam edən "Rakuv"la ev matçının 33-cü dəqiqəsində komandasının bərabərlik qolunun müəllifi olub.

 

Qeyd edək ki, hazırda 1-ci hissəsi oynanılan görüşdə hesab 1:1-dir.

Xatırladaq ki, Mahir 8-ci turda "Qurnik"ə 3:1 hesabı ilə qalib gəldikləri matçda çempionatda ilk qolunu vurmuşdu.

22:03

"Legiya"nın Polşa çempionatının 9-cu turunda bu gün keçiriləcək "Rakuv"la ev oyunu üçün heyəti açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Mahir Emreli start heyətdə yer alıb.

Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Mahir Polşa çempionatında 2 ci qolunu vurdu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ