Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyyad Əlizadənin kürəkəni: Həkimlər əlindən gələni edir, amma...

Səyyad Əlizadənin kürəkəni: Həkimlər əlindən gələni edir, amma...

Tarix: 27 Sentyabr 2021 11:48

Mərkəzi Gömrük Hospitalında müalicə alan Səyyad Əlizadə hələ də "ECMO" qoşulu vəziyyətdədir.

Sonxeber.net xəbər verir ki, bu barədə modern.az-a onun kürəkəni Razim Qasımov məlumat verib.

O bildirib ki, hələlik müğənninin səhhətində ciddi irəliləyiş yoxdur:

"Komadadır, vəziyyəti ağır, stabil olaraq qalır. Həkimlər əlindən gələni edir, amma ciddi irəliləyiş yoxdur".

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət əvvəl koronavirusa yoluxublar. Hər ikisi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. S.Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır. Onun vəziyyəti ağır olduğu üçün yaxınları Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyiblər. Həyat yoldaşı sağalaraq, evə yazılıb.


Etiketlər:  Səyyad Əlizadənin kürəkəni Həkimlər əlindən gələni edir amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ